Geri qaytarma siyasəti

UniTronix mağazasından alınan məhsullar alınma günü nəzərə alınmamaq şərti ilə 14 təqvim günü ərzində dəyişdirilə və ya qaytarıla bilər.

Məhsulun qaytarılma və dəyişdirilmə şərtləri “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında tənzimlənir.

Geri qaytarma səbəbi: Qüsurlu mal (İstehsalçı qüsuru)

Məhsulun yoxlanması qaydalara əsasən mağazada texniki ekspert tərəfindən həyata keçirilir. Qüsur yerində təsdiqlənə bilərsə, təsdiqlənmə prosesindən sonra məhsul yenisi ilə əvəz olunur, yaxud məbləğ geri qaytarılır.

Geri qaytarma səbəbi: Digər

Məhsul istifadə olunmayıbsa və əmtəə görünüşü pozulmayıbsa, bu halda geri qaytarılma həyata keçirilə bilər. Bunun üçün öncə mağazada texniki ekspert tərəfindən ilkin yoxlama həyata keçirilir.

Qeyd: Yarımkeçiricilərin və digər radioelementlərin müştəri tərəfindən istifadə olub olmamamasının təsdiqləməsinin texniki baxımından mümkün olmadığına görə, həmin tipli məhsullar geri qaytarılmır.

Əlavə şərtlər:

Məhsul nağdsız ödənişlə əldə olunubsa, ödənişin geri qaytarılması ilə bağlı mağaza tərəfindən istehlakçının müştərisi olduğu banka sorğu göndərilir. Ödəniş bank tərəfindən adətən 3-4 iş günü ərzində karta geri qaytarılır.

Qaytarılma və dəyişdirilmə şərtləri ilə bağlı hər hansı sualınız varsa, 012 430 05 76 telefon nömrəsi, əlaqə forması ilə və yaxud mağazamıza yaxınlaşaraq bildirə bilərsiniz.